Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları və Nizamişünaslıq şöbəsinin bütün elmi heyəti 2024-cü ilin fevral ayının sonunda İran İslam Respublikasının Urmiya Universitetində “İranın hikmət xəzinəsi - Nizami” adı altında keçirilən üzdəniraq konfransa qarşı öz açıq etirazlarını bildirirlər. Konfransın təşkilatçı qurumları olan İranın Qərbi Azərbaycan üzrə Mədəniyyət İdarəsi və Urmiya Universiteti heç bir elmi əsası olmadan Nizami Gəncəvini mənsub olduğu Azərbaycan torpağından, şairin doğulduğu Gəncə şəhərindən ayıraraq, süni şəkildə İrana bağlamağa cəhd etmişlər. Həmin qurumlar elmi etikaya əməl etmədən, Azərbaycan və İran xalqları arasında əsrlərlə mövcud olan siyasi-ictimai və elmi-ədəbi əlaqələri nəzərə almamış və dostluq və qonşuluq münasibətlərinə bilərəkdən xələl gətirmişlər.Təşkitatçılar XII əsrdən başlayaraq, əsrlər boyunca təxəllüsü və nisbəsi dünyada - Nizami Gəncəvi - olaraq tanınan məşhur Azərbaycan şairinin haqqını pozmuş və bununla da beynəlxalq müəlliflik hüququnun qorunması qanunlarına zidd hərəkət etmişlər.Nizami Gəncəvi əsərlərində həm öz adını, həm də doğulduğu qədim Azərbaycan şəhəri olan Gəncənin adını əbədi yaşatmışdır və nəslini-nəcabətini Gəncədən ayrı təsəvvür etməmişdir. Orta əsrlər boyu Nizami Gəncəvinin “Xəmsə” mövzularını davam etdirən tanınmış Şərq müəllifləri də onu “Gəncəli ustad”, “Gəncə xəzinadarı” və “Gəncənin söz sehrkarı” adlandırmışlar.Tədqiqatlar sübut etmişdir ki, Nizami Gəncəvi ömrü b قیزیل قلم آذر Qizil Qelem...
ادامه مطلبما را در سایت قیزیل قلم آذر Qizil Qelem دنبال می کنید
برچسب : نویسنده : mrbkarimia بازدید : 7 تاريخ : پنجشنبه 16 فروردين 1403 ساعت: 18:59